Donald Tramp “HƏMAS”a xəbərdarlıq edir – Girovlar yanvarın 20-dək evlərinə qayıtmasalar, cəhənnəm qopacaq

20:11, 17.12.2024

 
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp onun andiçmə mərasiminin keçiriləcəyi günə qədər İsraildən qaçırılan girovlar azad edilməsə, “HƏMAS”ı cəhənnəm yaradacağı ilə təhdid edir.

Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə yaxşı söhbət apardığını və gələcək planlar haqda danışdıqlarını deyib.

“Yanvarın 20-də olduqca əlçatan olacam və görək. Bildiyiniz kimi, mən xəbərdarlıq etdim ki, girovlar bu tarixə qədər evlərinə qayıtmasalar, cəhənnəm qopacaq və çox güclü olacaq. Mayk Uolts əla iş görür” – Donald Tramp bildirib.

Oxşar