Donald Tramp guya onun administrasiyasının İran üçün 300 milyard dollarlıq fond yaratmağı nəzərdən keçirdiyi barədə yayılan məlumatın yalan olduğunu bəyan edir

10:34, 16.06.2026

 

Donald Tramp guya onun administrasiyasının İran üçün 300 milyard dollarlıq fond yaratmağı nəzərdən keçirdiyi barədə yayılan məlumatın yalan olduğunu bəyan edir.

ABŞ Prezidenti Donald Tramp onun administrasiyasının İran üçün 300 milyard dollarlıq fond yaratmağı nəzərdən keçirdiyi barədə məlumatı təkzib edib.

“İran heç vaxt nüvə silahına sahib olmayacağı ilə razılaşdı. Həmçinin, ABŞ-nin İrana 300 milyon dollar ödəməsi barədə məlumat yalandır, demokratlar tərəfindən yayılıb” – Tramp sosial şəbəkədə yazır.

“CNN” ABŞ hökumətinin yüksək vəzifəli məmuruna istinadən xəbər verir ki, dondurulmuş aktivlərin azad edilməsi, sanksiyaların yüngülləşdirilməsi və 300 milyard dollarlıq yenidənqurma fondu məsələsi İranla danışıqların gündəmindədir.

Oxşar