Donald Tramp – Gülməli və ya ola bilsin kədərlidir ki, Co Bayden özünü belə əfv etməyib

12:21, 23.01.2025

 
Gülməli və ya ola bilsin kədərlidir ki, Co Bayden özünü belə əfv etməyib – bu haqda ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.

Tramp müsahibədə digər məsələlərlə yanaşı, Co Bayden tərəfindən ailə üzvlərinin əvvəlcədən əfv edilməsindən danışıb.

“Bilirsiniz, gülməli və ya ola bilsin kədərlidir ki, Co Bayden özünü belə əfv etməyib” – Tramp deyib.

Co Bayden yanvarın 20-də bir neçə ilkin əfv aktı verib, o cümlədən prezidentin səlahiyyətlərinin son dəqiqələrində Bayden öz ailə üzvlərinə aid ilkin əfv aktı çıxarıb.

Oxşar