Donald Tramp – Gözləyin və görün İrana nə edəcəyik, onlar üçün ciddi problemlər yaradacağıq
ABŞ Prezidenti İranı yeni zərbələrlə hədələyib. Bu barədə Donald Tramp Alyaskada seçkiöncəsi kampaniya çərçivəsində keçirilən tədbirdə açıqlayıb.
“Gözləyin və görün İrana nə edəcəyik. Onlar üçün ciddi problemlər yaradacağıq” — Tramp açıqlayıb.
O, İranla müharibə nəticəsində neft qiymətlərinin artmasının Tehrana nüvə silahı əldə etmək imkanının verilməməsi məqsədi ilə müqayisədə “kiçik bədəl” olduğunu bildirib.
ABŞ Prezidentinin sözlərinə əsasən, İranın nüvə silahına sahib olması daha böyük təhlükə yaradardı.
“Əgər həqiqi problemlərin nə olduğunu görmək istəyirsinizsə, İrana nüvə silahına sahib olmaq imkanı verin. Bu, artıq həqiqi problem olacaq” — Tramp qeyd edib.