Donald Tramp – Girovları indi azad edin, yoxsa cəhənnəm bədəlini ödəyəcəksiniz, bu son xəbərdarlıqdır, dediklərimi etməsəniz, “HƏMAS”ın heç bir üzvü təhlükəsizlikdə olmayacaq

10:20, 06.03.2025

 

Girovları indi azad edin, yoxsa sonra cəhənnəm bədəlini ödəyəcəksiniz, bu son xəbərdarlıqdır – bu haqda ABŞ-nin Prezidenti Donald Tramp öz sosial şəbəkəsində yazır.

“Şalom “HƏMAS” salam və xudahafiz deməkdir – seçə bilərsiniz. Bütün girovları sonra deyil, indi azad edin və qətlə yetirdiyiniz bütün insanların cəsədlərini dərhal qaytarın, yoxsa bu sizin sonunuz olacaq. Cəsədləri ancaq xəstə və pozğunlar saxlayır, siz isə xəstə və pozğunlarsınız! Mən İsrailə işi başa çatdırmaq üçün lazım olan hər şeyi göndərirəm. Dediklərimi etməsəniz, “HƏMAS”ın heç bir üzvü təhlükəsizlikdə olmayacaq. İndilərdə həyatlarını məhv etdiyiniz keçmiş girovlarınızla görüşdüm. Bu sizə son xəbərdarlıqdır! İndi hələ şansınız var ikən rəhbərliyin Qəzzanı tərk etməsi üçün yaxşı vaxtdır. Həmçinin, Qəzza əhalisinə: sizi gözəl gələcək gözləyir, lakin girovlarınız olarsa, yox. Bunu etsəniz, öləcəksiniz! Ağıllı qərar verin. Girovları indi azad edin, yoxsa sonra cəhənnəm bədəlini ödəyəcəksiniz!” – Donald Tramp yazır.

Oxşar