Donald Tramp - Gənc ukraynalı qadını belə zorakılıqla qətlə yetirən heyvan tez bir zamanda mühakimə olunmalı və yalnız ölüm cəzasına məhkum edilməlidir
Donald Tramp - Gənc ukraynalı qadını belə zorakılıqla qətlə yetirən heyvan tez bir zamanda mühakimə olunmalı və yalnız ölüm cəzasına məhkum edilməlidir

 

ABŞ Prezidenti Donald Tramp yazır ki, ukraynalı qaçqın qızın qətlində təqsirləndirilən şəxs ölüm ilə cəzalandırılmalıdır. Sosial şəbəkədə dərc olunan paylaşımda Tramp hadisə ilə bağlı narahatlığını ifadə edir və təqsirləndirilən şəxs üçün ölüm cəzasından başqa alternativin olmadığını qeyd edir.

“Amerikaya sülh və təhlükəsizlik axtarmaq üçün gələn gənc, gözəl ukraynalı qadını qətlə yetirən heyvan tez bir zamanda mühakimə olunmalı və yalnız ölüm cəzasına məhkum edilməlidir” – Tramp yazır.

Xatırladaq ki, 23 yaşlı ukraynalı qaçqın İrina Zalutskanı Şimali Karolinada avqustda qətlə yetiriblər. Sosial şəbəkədə yayılan videoda müttəhim DeKarlos Braunun soyuq silahla gəncin boğaz nahiyəsinə necə xəsarət yetirdiyi görünür. Hücumçu saxlanılıb.