Donald Tramp - Gələn həftə İranla danışmaq niyyətindəyik, ola bilsin, razılaşma imzalayaq
ABŞ Prezidenti Donald Trampın bəyanatına əsasən, İran və İsrail çox yorğundur və tükənib, çox gərgin mübarizə aparırdılar və indi hər ikisi razıdır.
O, İranla İsrail arasında müharibənin ola bilsin tezliklə başlayacağını bildirib.
“İran və İsrail çox yorğundur və tükənib, çox gərgin mübarizə aparırdılar və indi hər ikisi razıdır. Müharibə yenidən başlaya bilərmi? Düşünürəm ki, bu, nə vaxtsa baş verə bilər. Tezliklə başlaya bilər” – ABŞ Prezidenti bildirib.
Donald Tramp İranın neft üstünlüyünə malik olduğunu hesab edir, lakin Tehranın nüvə sahəsinə qayıtmasını artıq nəzərdən keçirmir.
“Gələn həftə İranla danışmaq niyyətindəyik. Ola bilsin, razılaşma imzalayaq, bilmirəm. Lakin, razılaşmamızın olub-olmamasının mənim üçün fərqi yoxdur. Tələb etdiyimiz tək şey nüvə silahının olmamasıdır. Lakin, biz onu məhv etdik. Dedim ki, İranın nüvə silahı olmayacaq və məhv etdik” – Donald Tramp bildirib.