Donald Tramp futbol üzrə dünya çempionatının bu dəfə Kanada və Meksika olmadan, yenidən ABŞ-da keçirilməsini istədiyini bildirir

16:48, 18.07.2026

 

ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının yenidən ABŞ-da keçirilməsini istəyir, lakin bu dəfə Kanada və Meksika olmadan.

Bununla yanaşı, ABŞ Prezidenti argentinalı futbolçu Lionel Messini tərifləyib və onun möhtəşəm oynadığını deyib.

“Və bu möhtəşəm oyunçular, görünür, bunu dəfələrlə edirlər. Onlar sadəcə olaraq xüsusi bir istedadla doğulurlar. Bilirəm ki, Ronaldo da onlardan biridir. Onu illərdir tanıyıram, əla oğlandır” – Donald Tramp bildirib.

ABŞ Prezidenti, həmçinin İngiltərə milli futbol komandasının yarımfinal oyunundakı taktikasını tənqid edib.

“İngiltərədə birlikdə qolf oynadığım möhtəşəm bir oyunçunuz var, bunu bilirsiniz, elə deyilmi? Bu, fantastik olan Haridir. Düşünürəm ki, onu müdafiəçiyə çevirməklə, bəlkə də, səhvə yol verdilər. Mən futbol haqqında nə bilirəm ki? Onlar önə keçdilər, ən yaxşı oyunçularını götürüb müdafiəyə çəkdilər. Sonra isə birtəhər, bilirsiniz, bir az hücumda olmaq lazımdır, elə deyilmi?” – Donald Tramp qeyd edib.

Oxşar