Donald Tramp – Fransa yanır, tamamən fərqli dünyadan gələn insanların miqrasiyası vaxtilə möhtəşəm olan ölkəni məhv etdi, gec olmadan sərhədləri bağlayın və vəziyyəti nəzarət altına alın

17:36, 18.10.2026

 

Fransa yanır, tamamən fərqli dünyadan gələn insanların miqrasiyası vaxtilə möhtəşəm olan ölkəni məhv etdi, sərhədləri bağlayın – bu barədə ABŞ Prezidenti sosial şəbəkədə yazır.

“Fransa yanır! Tamamən fərqli dünyadan gələn və qəlbində nifrət daşıyan insanların miqrasiyası bu vaxtilə möhtəşəm olan ölkəni məhv etdi. Gec olmadan sərhədləri bağlayın və vəziyyəti nəzarət altına alın!” – ABŞ Prezidenti Donald Tramp yazır.

Məlumat üçün bildirək ki, dünən Fransada genişmiqyaslı etiraz aksiyaları keçirilib. Müxtəlif şəhərlərdə nümayişçilər və polis arasında toqquşmalar baş verib. Fransanın paytaxtında polis 855 nəfəri saxlayıb. Fransanın daxili işlər naziri, ölkə miqyasında polisin 1800 nəfəri saxladığına, 500-dən çox polisin isə xəsarət aldığına dair məlumat verir. Bununla yanaşı, Parisdə etiraz aksiyaları zamanı bir nəfər vəfat edib.

Oxşar