Donald Tramp Fort-Hud hərbi bazasına hücuma görə məhkum olunmuş Nidal Hasanın güllələnməsinin canlı efirdə yayımlanması planını ləğv edib
ABŞ Prezidenti Donald Tramp Fort-Hud hərbi bazasına hücuma görə məhkum olunmuş Nidal Hasanın güllələnməsinin canlı efirdə yayımlanması planını ləğv edib. Məlumatı “Sky News” yayır.
Trampın bəyanatına əsasən, o hesab edirdi ki, edamın yayımlanması dünya üçün çəkindirici mesaj ola bilər və ABŞ-nin terrorçularla necə rəftar etdiyini göstərər. Lakin o, bir çox insanın Hasanın ölümünü canlı efirdə və ya başqa vasitələrlə görmək istəmədiyini bildirib.
“O, müəyyən edilmiş vaxtda, planlaşdırıldığı kimi güllələnmə yolu ilə cəzalandırılacaq, lakin bu proses canlı efirdə nümayiş etdirilməyəcək. Bununla yanaşı, qurbanların ailə üzvləri, istədikləri təqdirdə, edamda şəxsən iştirak etmək imkanına malik olacaqlar. Onların ədalətin bərqərar olmasını görmək hüququ var” – Tramp sosial şəbəkədə yazıb.
Buna qədər istefada olan 72 amerikalı general, admiral və digər yüksək rütbəli hərbi qulluqçu ABŞ hakimiyyətini edamın canlı efirdə yayımlanması planından imtina etməyə çağırıb.
Plan həm demokratlar, respublikaçılar, həm də dini liderlər tərəfindən tənqid olunurdu.
Məlumat üçün bildirək ki, keçən həftə Pentaqon dekabrın 3-də Nidal Hasanın güllələnməsi prosesinin ictimai şəkildə göstəriləcəyini bəyan etmişdi. 2009-cu ilin noyabrında Hasan Fort-Hud hərbi bazasında silahdaşlarına atəş açıb, nəticədə 13 silahsız amerikalı hərbi qulluqçu həlak olub, 30-dan çoxu isə yaralanıb. 2013-cü ildə hərbi tribunal Hasana ölüm hökmü çıxarıb.