Donald Tramp “F-35″lərin Türkiyəyə satılması barədə – Heç kim mənə nəyi satıb, nəyi satmayacağımı deyə bilməz

10:51, 28.07.2026

 

Heç kim mənə nəyi satıb, nəyi satmayacağımı deyə bilməz – bu barədə ABŞ Prezidenti Donald Tramp “F-35″lərin Türkiyəyə mümkün satışı ilə bağlı verilən suala cavabında deyib.

Jurnalistin İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə Amerikanın “F-35” tipli qırıcı təyyarələrinin mümkün satışına qarşı çıxması ilə bağlı sualına cavab olaraq ABŞ Prezidenti Donald Tramp qərarları özünün verdiyini bildirib.

“Türkiyə mənim üçün böyük müttəfiqdir. Türkiyə nəhəng hərbi qüvvələrə malik çox güclü ölkədir və onların çoxlu əla avadanlıqları var. Türkiyə çox yaxşı iş görüb. O, mənim dostumdur və heç kim mənə nəyi satıb, nəyi satmayacağımı deyə bilməz” – Donald Tramp bildirib.

Bununla yanaşı, ABŞ Prezidenti Türkiyənin İsrailin böyük tərəfdarı olmadığını deyib.

Oxşar