Donald Tramp ərəb dövlətlərini Qəzzadan olan fələstinli qaçqınları qəbul etməyə çağırıb

12:40, 26.01.2025

ABŞ prezidenti Donald Tramp ərəb dövlətlərini Qəzza zolağından olan fələstinli qaçqınları qəbul etməyə çağırıb. Tramp Misir, İordaniya və digər ərəb dövlətlərinin Qəzza zolağından daha çox fələstinli qaçqın qəbul etmələrini istədiyini bildirib.

O, bu təklifi artıq İordaniya kralı II Abdullah ilə telefon danışığında müzakirə etdiyini və yanvarın 26-da Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə məsələni müzakirə etməyi planlaşdırdığını bildirib.

Bundan əlavə, Donald Tramp İordaniya kralını ölkəsinin artıq çoxlu fələstinli qaçqını qəbul etdiyinə görə tərifləyib.

“Bir şey baş verməlidir, nəsə dəyişməlidir, Qəzza əslində dağıntı yeridir, demək olar ki, hər şey dağıdılıb və insanlar ölür”. – Tramp deyib.

ABŞ prezidenti bildirib ki, bu vəziyyətdə fələstinli qaçqınlar üçün Qəzza zolağından kənarda “sülh içində yaşaya biləcəkləri” ev tikmək üçün bəzi ərəb ölkələri ilə işləməyə üstünlük verəcək.

Oxşar