Donald Tramp Entoni Blinken və Ceyk Sallivanın məxfi məlumatlara çıxışını ləğv edir

18:19, 09.02.2025

ABŞ prezidenti Donald Tramp keçmiş dövlət katibi Entoni Blinken və keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın təhlükəsizlik icazələrini ləğv edib. Bu barədə “Reuters” Ağ Evə istinadən məlumat yayıb.

Bundan əlavə, Tramp yanvarın 6-da Kapitola hücumu ilə bağlı işdə işləyən Bayden administrasiyasının baş prokurorunun müavini Liza Monakonun məxfi materiallarına çıxışı ləğv edib. Həmçinin Trampa qarşı təhqiqatlara rəhbərlik edən Nyu York Baş prokuroru Letitia James və Manhetten dairəsinin prokuroru Alvin Bragg.

Bundan əvvəl Donald Tramp keçmiş prezident Co Baydenin məxfi məlumatlara çıxışını ləğv etdiyini və ona gündəlik kəşfiyyat brifinqlərini verməyi dayandırdığını açıqlamışdı.

Maraqlıdır ki, 2021-ci ildə prezident vəzifəsinə gəldikdən sonra Bayden Donald Trampın məxfi məlumatlara çıxışını ləğv edib.

Oxşar