Donald Tramp –Endi Bernem ilə çox yaxşı söhbətimiz oldu, yaxın gələcəkdə görüşəcəyik, Böyük Britaniyanın Baş nazirini böyük işlər gözləyir, o bunu bacaracaq, əlbəttə, ABŞ kömək etməyə hazır olacaq

10:29, 21.07.2026

 

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın yeni təyin olunmuş baş naziri Endi Bernem ilə telefon danışığı apardığını bildirir.

O, telefon danışığı zamanı bir çox mövzunu, o cümlədən ikitərəfli əlaqələri, Şimal dənizi nefti, ticarət, hərbi alyans, Hörmüz boğazının minadan təmizlənməsi və digər məsələləri müzakirə etdiklərini bildirir.

Trampın qeyd etdiyi kimi, Bernemin görəcəyi çox iş var və ABŞ ona kömək etməyə hazırdır.

“Birləşmiş Krallığın yeni baş naziri Endi Bernem ilə çox yaxşı söhbətimiz oldu. Biz bir çox mövzunu, o cümlədən Böyük Britaniya ilə mövcud əla münasibətlərimizi müzakirə etdik. Yaxın gələcəkdə qarşılıqlı maraq kəsb edən mövzular üzrə görüşəcəyik. Baş naziri böyük işlər gözləyir, lakin o, bunu bacaracaq, əlbəttə, ABŞ kömək etməyə hazır olacaq. Biz Şimal dənizi nefti, ticarət, hərbi alyans, Hörmüz boğazının minadan təmizlənməsi və bir çox başqa mövzuları müzakirə etdik. Telefon danışığı maraqlı idi və çox yaxşı keçdi. Baş nazir Bernemə uğurlar və Tanrıdan xeyir dilədim” — Tramp yazır.

Oxşar