Donald Tramp əgər bu müharibənin bitməsinə kömək edərsə, Ukraynaya getməyə və Radada çıxış etməyə hazır olduğunu bildirir
ABŞ Prezidenti Donald Tramp əgər bu müharibənin bitməsinə kömək edərsə, Ukraynaya getməyə və Ukraynanın Ali Radasında çıxış etməyə hazır olduğunu bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında Donald Trampa Ukraynaya səfər etməyi planlaşdırıb-planlaşdırmadığı haqda sual verilib.
“Biz razılaşmaya nail olmaq istəyirik, getmək vacib deyil. Lakin mən onlara Ukraynaya getməyi və parlamentdə çıxış etməyi təklif etdim. Əgər kömək edərsə. Bilmirəm, kömək edəcək yoxsa yox. Düşünürəm ki, yəqin kömək edəcək, lakin bilmirəm” – Tramp bildirib.
Volodimir Zelenski ABŞ Prezidentinə onu Ukraynada görməkdən hər zaman məmnun olacaqlarını bildirib və Tramp buna cavab olaraq deyib ki, əgər bu, insanların həyatını xilas etməyə kömək edərsə, bunu etməyə hazırdır.
“Bunu etməklə bağlı problemim yoxdur. İstəyirəm, razılaşmanı yekunlaşdırım və getmək zəruri olmasın. Bunun onlara kömək edib-etməyəcəyini bilmirəm. Əgər bu, ayda 25 000 insanın həyatını xilas etməyə kömək edərsə, əlbəttə, bunu etməyə hazır olacağam” – Tramp qeyd edib.