Donald Tramp - Düşünürəm ki, Ukraynada seçkilərin keçirilməsi üçün mühüm vaxtdır, seçkilərdən yayınmaq üçün müharibədən istifadə edirlər, lakin Ukrayna xalqının bu seçimi olmalıdır
Donald Tramp - Düşünürəm ki, Ukraynada seçkilərin keçirilməsi üçün mühüm vaxtdır, seçkilərdən yayınmaq üçün müharibədən istifadə edirlər, lakin Ukrayna xalqının bu seçimi olmalıdır

 

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukraynada prezident seçkilərinin keçirilməsinin vaxtı yetişib.

Tramp bu haqda “Politico”ya müsahibəsində deyib.

“Ukraynada seçkilərin keçirilməsinin vaxtı çatıb yoxsa yox” sualına ABŞ Prezidenti müsbət cavab verib və qeyd edib ki, son prezident seçkilərindən “çox vaxt keçib”.

“Bəli, düşünürəm ki, bunun vaxtı yetişib. Düşünürəm ki, seçkilərin keçirilməsi üçün mühüm vaxtdır. Seçkilərdən yayınmaq üçün müharibədən istifadə edirlər, lakin düşünürəm ki, Ukrayna xalqının bu seçimi olmalıdır. Və ola bilsin, Zelenski qalib gəlsin. Kimin qalib gələcəyini bilmirəm, lakin uzun müddətdir seçkilər keçirməyiblər. Bilirsiniz, onlar demokratiyadan danışırlar, lakin məsələ artıq demokratiyanın olmadığı nöqtəyə gedib çıxır” – Donald Tramp müsahibəsində qeyd edib.