Donald Tramp – Düşünürəm ki, sazişə nail olmağı Putin Zelenskidən daha çox istəyir
Onlar sazişə nail olacaqlar, düşünürəm ki, sazişə nail olmağı Putin Zelenskidən daha çox istəyir – bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlayıb.
Jurnalistlərdən biri Trampa bundan əvvəl Rusiya və Ukraynanın atəşkəs sazişi haqqında bəyanat verdiyini xatırladıb.
“Onlar razılığa gəldilər. Bilirsiniz niyə? Çünki mən onlara “razılığa gəlin” dedim. Məhz buna görə razılaşdılar, çünki mən razılaşın dedim. Bu məsələ həll olunmalıdır. Bu müharibə fəlakətdir. Bu ay dərc olunan göstəriciləri gördünüz? 32 000 insan həlak olub, əksəriyyəti hərbçilərdir. 32 000 gənc həlak olub. Bu müharibə bitməlidir” – Tramp açıqlayıb.
Trampın qeyd etdiyi kimi, atəşkəs sazişinin mümkün pozulması barədə məlumatı əvvəlcə yoxlamalıdır. O, razılaşmanı hər iki tərəfin pozduğunu bildirib.