Donald Tramp – Düşünürəm ki, Putin sülh razılaşmasına hazırdır
ABŞ Prezidenti Donald Tramp Vladimer Putinin sülh razılaşmasına hazır olduğunu bildirib. Tramp bu haqda “Fox News”a müsahibəsində deyib.
Tramp bildirib ki, davam edən hücumlar və Rusiyanın münaqişənin eskalasiyasına hazırlaşdığına dair əlamətlərə baxmayaraq, o, hələ də Rusiya Prezidentinin yaxın gələcəkdə Ukraynadakı müharibənin dayandırılması barədə razılaşma imzalamağa hazır olduğunu hesab edir.
“Düşünürəm ki, o, razılaşma əldə etməyə hazırdır” — Tramp Putinlə apardığı danışıqlar barədə verilən suala cavabında deyib.
Bundan əvvəl Kremlə yaxın mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Putin Kiyevlə sülh danışıqları çağırışlarını rədd edir və ehtimal ki, münaqişəni gücləndirmək niyyətindədir.