Donald Tramp - Düşünürəm ki, Maria Korina Maçado üçün lider olmaq çox çətin olacaq, onun ölkə daxilində nə dəstəyi, nə də hörməti var
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuelanın müxalifət lideri Maria Korina Maçado rəhbərlik etmək üçün ölkənin “hörmətinə” malik deyil.
Donald Tramp Maçado ilə ünsiyyətdə olmadığını bildirib, lakin onun Venesuelaya liderlik etmək qabiliyyətinə inanmadığını qeyd edib.
“Düşünürəm ki, onun üçün lider olmaq çox çətin olacaq. Onun ölkə daxilində nə dəstəyi, nə də hörməti var. O, çox yaxşı qadındır, lakin hörməti yoxdur” – Tramp bildirib.
Bununla yanaşı, Donald Tramp qeyd edib ki, ABŞ yeni hakimiyyət formalaşana qədər “ölkəni idarə edəcək”.
“Biz təhlükəsiz, düzgün və ağlabatan keçid həyata keçirənə qədər ölkəni idarə edirik. Biz Venesuelanın böyük xalqı üçün sülh, azadlıq və ədalət istəyirik” – Amerika Birləşmiş Ştatlarının Prezidenti qeyd edib.