Donald Tramp: Düşünürəm ki, Kanada ilə razılaşma əldə edəcəyik. Həmçinin Meksika ilə yeni razılaşma üzərində işləyirik. Mən yalnız yaxşı razılaşmalar əldə edirəm

10:59, 22.08.2026

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, Kanada ilə razılaşma üzrə danışıqlar irəliləyir və onun fikrincə, tərəflər razılığa gələcəklər.
Onun sözlərinə görə, ABŞ Meksika ilə də yeni ticarət razılaşması üzərində işə başlayır.
“Kanadanın Baş naziri ilə yaxşı münasibətlərim var. Bəli, biz fermerlərimizin də qayğısına qalmalıyıq. Fermerlər mənim üçün çox önəmlidir. Kanada ilə razılaşma irəliləyir və düşünürəm ki, Kanada ilə razılığa gələcəyik. Həmçinin Meksika ilə yeni, ABŞ üçün daha əlverişli razılaşma üzərində işləməyə başlayırıq. Mən yalnız yaxşı razılaşmalar əldə edirəm”, – deyə ABŞ Prezidenti bildirib.

Oxşar