Donald Tramp: Düşünürəm ki, İranla müharibədə çox tezliklə qələbə qazanacağıq və qalib gəldikdən sonra neftin qiyməti müharibədən əvvəlki səviyyəyə düşəcək
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İranla münaqişədə “çox tezliklə” qələbə qazanacağına əmindir.
“Düşünürəm ki, bu müharibədə çox tezliklə qalib gələcəyik və qələbə qazandıqdan sonra neftin qiyməti əhəmiyyətli dərəcədə, müharibədən əvvəlki səviyyəyədək aşağı düşəcək”, – Donald Tramp “Fox News”a müsahibəsində bildirib.
ABŞ-da aralıq seçkilər keçirilənədək yeni hərbi zərbələrin endirilməsi ehtimalına gəlincə, Tramp bunun mümkün olduğunu deyib.
“Bu barədə danışmaq istəmirəm. Yəni, bu mümkündür, amma sadəcə olaraq bu barədə danışmaq istəmirəm”, – ABŞ Prezidenti qeyd edib.
Bununla yanaşı, o, bir daha vurğulayıb ki, İranın nüvə silahı olmayacaq.