Donald Tramp – Düşünürəm ki, Flavio Bolsonaru və onun ailəsi ilə çox ədalətsiz rəftar edilib

11:04, 29.10.2026

 

ABŞ Prezidenti Donald Tramp braziliyalı senator Flavio Bolsonaru ilə “çox ədalətsiz rəftar edildiyini” bildirir.

Jurnalist Donald Trampdan Bolsonarunun Braziliyanın qanuni prezidenti olması fikri ilə razılaşıb-razılaşmadığını soruşub.

“Bu mövzuda şərh verməyəcəyəm, lakin bilirəm ki, ölkəyə daxil olmaq icazəsini ona biz verdik. Müdaxilə etmək niyyətində deyiləm. Aydındır ki, bu, çox qəribə seçki idi. Bildiyiniz kimi, seçkilərdə mövqe bildirməmişəm, lakin nəsə uyğunsuzluq görəndə bunu deyirəm. Mənə elə gəlir ki, onunla və ailəsi ilə çox ədalətsiz rəftar edilib” – ABŞ Prezidenti cavab verib.

Donald Tramp, Bolsonaru ilə danışmadığını bildirib. Bolsonaru 25 oktyabrda keçirilən prezident seçkilərində məğlub olduqdan sonra Braziliyanı tərk edərək Mayamiyə yola düşüb. Ona və ailə üzvlərinə ABŞ vizaları verilib. Bolsonaru seçkilərdə saxtakarlıq edildiyini iddia edir. Beynəlxalq müşahidəçilərin qiymətləndirməsinə görə isə səsvermə ədalətli keçirilib.

Oxşar