Donald Tramp – Düşünürəm ki, bu prezident seçkiləri Braziliya xalqı üçün böyük utanc idi

22:11, 29.10.2026

 

Düşünürəm ki, bu seçkilər Braziliya xalqı üçün böyük utanc idi — bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

ABŞ Prezidenti seçkiləri izlədiyini, lakin tərəflərdən heç birini dəstəkləmədiyini bildirib.

“Müdaxilə etmədim. Hazırkı prezident məndən xahiş etdi ki, heç bir tərəfi dəstəkləməyim. Mən də dəstəkləmədim, lakin Braziliyada baş verənlərə baxanda… bazara nəzər salsaq, bazar axı tamamilə çökdü. Düşünürəm ki, bu, Braziliya üçün çox utancverici vəziyyət idi” – Donald Tramp qeyd edib.

Məlumat üçün bildirək ki, Braziliya prezident seçkilərinin ikinci turunda solçu prezident Luis İnasiu Lula da Silva mühafizəkar rəqibi Flavio Bolsonaruya qalib gəlib. Rəsmi nəticələrə əsasən, Lula səslərin 52%-ni, Bolsonaru isə 48%-ni toplayıb. ABŞ Prezidenti Donald Tramp Braziliyadakı prezident seçkilərinin, ehtimal ki, saxtalaşdırıldığını bəyan edib.

Bununla yanaşı, “CNN” məlumat yayıb ki, Braziliya prezident seçkilərində məğlub olduqdan sonra sağçı namizəd Flavio Bolsonaru ABŞ-yə yola düşüb.

Oxşar