Donald Tramp – Düşünürdüm ki, Rusiya-Ukrayna müharibəsi ən asan bitəcəkdi, Putindən məyus olmuşam, lakin bu müharibəni yenə də bitirəcəyik
Donald Tramp – Düşünürdüm ki, Rusiya-Ukrayna müharibəsi ən asan bitəcəkdi, Putindən məyus olmuşam, lakin bu müharibəni yenə də bitirəcəyik

“Mən prezident Putindən çox məyus olmuşam,” – bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Mən prezident Putindən çox məyus olmuşam, onlar uduzur, beş mindən yeddi minədək insan səbəbsiz yerə ölür,” – deyə Tramp bildirib.

ABŞ prezidentinin sözlərinə görə, yeddi müharibəni başa çatdırmasına baxmayaraq, Rusiya-Ukrayna müharibəsini ən asan hesab edirdi.

“Düşünürdüm ki, bu müharibə ən asan bitəcək, çünki prezident Putinlə yaxşı münasibətlərim var. Ondan məyus olmuşam, amma yenə də yaxşı münasibətlərimiz var. Düşünürdüm ki, bu müharibə ən asan bitəcəkdi, lakin biz onu yenə də bitirəcəyik,” – deyə Tramp vurğulayıb.