Donald Tramp dünyasını dəyişmiş Çarli Kirkə "Prezidentin Azadlıq medalı" verəcəyini bildirir
Dünyasını dəyişmiş Çarli Kirkə “Prezidentin Azadlıq medalı” veriləcək – bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp, Çarli Kirkin milyonlarla insan üçün ilham mənbəyi olduğunu deyib.
“Çarli öz nəslinin nəhəngi, azadlığın müdafiəçisi və milyonlarla insan üçün ilham mənbəyi idi” – Tramp qeyd edib.
Məlumat üçün bildirək ki, 31 yaşlı mühafizəkar şərhçi Çarli Kirkin qatilini polis bu vaxta qədər axtarır. ABŞ-nin Federal Təhqiqat Bürosunun məlumatına əsasən, hücumçu damdan tullanıb və gizlənib. Medianın məlumatına əsasən, polisdə ehtimal olunan cinayətkarın fotoları da var, lakin istintaqın maraqlarından irəli gələrək, onları hələlik yaymaqda təmkinli davranırlar. Yayılmış məlumata əsasən, qətli törətməkdə şübhəli bilinən şəxs ehtimal ki, kolec yaşındadır.