Donald Tramp – Dünyada neftin qiyməti demək olar ki, 10 dollar azalıb, insanlar İranla müharibənin olmayacağını hiss edirlər, İran isə mümkün qədər tez razılığa gəlmək istəyir, bu, həqiqətən də baş verə bilər
ABŞ Prezidenti Donald Tramp bildirir ki, dünyada neftin qiyməti kəskin şəkildə düşür.
O, insanların İranla müharibənin olmayacağını hiss etdiklərini və bunun da qiymətlərin ucuzlaşmasına səbəb olduğunu deyib.
Ağ Evin lideri həmçinin hesab edir ki, Tehran Vaşinqtonla mümkün qədər tez razılığa gəlmək istəyir.
“Neftin qiymətləri əhəmiyyətli dərəcədə düşür, bir barrelin qiyməti demək olar ki, 10 dollar azalıb, bu da rekord göstəricidir. İnsanlar İranla müharibənin olmayacağını hiss edirlər. İran mümkün qədər tez razılığa gəlmək istəyir. Bu, həqiqətən də baş verə bilər” — Tramp sosial şəbəkədə yazıb.