Donald Tramp deyir ki, o, Rusiyanın G7-yə qayıtmasını istəyir və Moskvanın xaric edilməsi səhvdir
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Rusiyanın G7-yə qayıtmasını istəyir və Moskvanın xaric edilməsi səhv olub.
“Mən onları geri istəyirəm. Məncə, onları kənarlaşdırmaq səhv idi. Məsələ Rusiyanı bəyənib-bəyənməməkdə deyil. Böyük Səkkizlik idi. Dedim: “Nə edirsən?” Siz ancaq Rusiyadan danışırsınız və onlar masa arxasında oturmalıdırlar”. Düşünürəm ki, Putin geri qayıtmaqdan çox məmnun olardı”. – Tramp deyib.