Donald Tramp dərmanların qiymətlərinin azaldılması ilə bağlı yeni planı elan edir
ABŞ Prezidenti Donald Tramp dərmanların qiymətlərinin azaldılması ilə bağlı yeni planı elan edir. Trampın sosial şəbəkədə yazdığı kimi, bu gün reseptlə satılan dərmanların qiymətlərini 30-80% azaldacaq sərəncam imzalayacaq.
O bildirib ki, eyni əczaçılıq şirkəti tərəfindən istehsal edilmiş dərman Amerika Birləşmiş Ştatlarında digər ölkələrlə müqayisədə 5-10 dəfə bahadır, bu isə ədalətsizlikdir.
Prezidentin qeyd etdiyi kimi, eyni dərmanın müxtəlif ölkələrdə fərqli qiyməti var və icra sərəncamı imzalandıqdan sonra bu dərmanların Amerika Birləşmiş Ştatlarında da qiyməti dünyada mövcud minimal qiymətə bərabər olacaq.