Donald Tramp – “Dəmir Günbəz”in tikintisinə dərhal başlamalıyıq
“Dəmir Günbəz”in tikintisinə dərhal başlamalıyıq – bu haqda ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp ABŞ-da “Dəmir Günbəz”in tikintisinə başlamaq üçün artıq icra sərəncamı imzaladığını bildirib və Pit Heqsetin əla müdafiə naziri olacağını qeyd edib.
“Pit Heqset əla olacaq. Mən onu çox yaxşı tanıyıram və o, əla olacaq. Amerikalıları qoruyacaq “Dəmir Günbəz” müdafiə qalxanının inşasına dərhal başlamağımız üçün Pit Heqset bizə lazım olan insandır” – Donald Tramp bildirib.
O bildirib ki, ABŞ-ın sabiq prezidenti Ronald Reyqan da oxşar müdafiə sistemi ilə maraqlanırdı, lakin o zaman “ABŞ-ın texnologiyası yox idi”.
“Bizim indi fenomenal texnologiyamız var. Bunu İsrailin nümunəsində görürsünüz. Düşünürəm ki, ABŞ-ın buna hüququ var və hər şey 100% ABŞ-da hazırlanacaq” – ABŞ Prezidenti qeyd edib.