Donald Tramp – Dələduzluğa görə məhkum olunan bütün naturalizasiya olunmuş immiqrantların vətəndaşlığını ləğv edəcəyik
Biz Somalidən və ya istənilən başqa yerdən gəlmiş, dələduzluğa görə məhkum olunan istənilən naturalizasiya olunmuş immiqrantın vətəndaşlığını ləğv etməyi planlaşdırırıq – bu haqda ABŞ Prezidenti Donald Tramp Detroyt İqtisadi Klubunda çıxışı zamanı deyib.
Trampın qeyd etdiyi kimi, bu cür şəxsləri ölkədən deportasiya edəcək.
“Əgər Amerikaya amerikalıları soymağa gəlsəniz, sizi həbsxanaya salacağıq və gəldiyiniz yerə geri göndərəcəyik. Sizi birbaşa həbsxanaya salacağıq. Onlar bunu bilirlər” – Donald Tramp qeyd edib.