ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə Davosda görüşəcəyini bildirib. Bununla yanaşı, o, Rusiya Prezidenti Vladimer Putinlə də işlədiyini deyib.
“Prezident Putinlə işləyirəm və o, razılaşma bağlamaq istəyir. Mən buna inanıram. Həmçinin, prezident Zelenski ilə də işləyirəm və düşünürəm ki, o da razılaşmaya nail olmaq istəyir. Bu gün onunla görüşürəm” – ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
Ukrayna mediasında yazırlar ki, Donald Tramp görüş vaxtını ehtimal ki, qarışdırıb və görüş Davosda baş tuta bilər, lakin çərşənbə günü yox.
Məlumat üçün bildirək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı ilə görüşmək üçün öz şərtlərini açıqlamışdı. Zelenski bildirib ki, “danışıqlar nəticəsində konkret nəticə olsaydı, görüş baş tutardı”.
“Əgər komandalarımız bu haqda danışarsa, görüş baş tutacaq. Bizim həmişə müəyyən nəticələrlə görüşlərimiz olur. Əlbəttə, Amerika ilə görüşlər hər zaman konkret nəticələrlə – Ukraynanı gücləndirmək və ya müharibənin sonunu yaxınlaşdırmaq məqsədilə başa çatmalıdır. Sənədlər hazır olarsa, görüşəcəyik” – Ukrayna Prezidenti qeyd edib.