Donald Tramp - Danışıqların yenilənməsi təşəbbüsü İran liderlərindən gəlir, lakin razılaşmanın əldə olunması artıq gec ola bilər, çünki bunu dörd həftə əvvəl etməli idilər
ABŞ Prezidenti gələcəkdə İranla sülh razılaşmasına nail olmağa çalışmaya biləcəyini bildirib. Donald Tramp bu haqda nazirlər kabinetin iclası başlamazdan əvvəl jurnalistlərlə söhbəti zamanı deyib.
“Onlar bizdən razılaşma üzərində işləməyimizi istəyirlər, bilmirəm, bunu edə biləcəyik yoxsa yox. Hətta bunu da bilmirəm, buna hazırıq yoxsa yox” – Tramp qeyd edib.
Donald Trampın sözlərinə əsasən, danışıqların yenilənməsi təşəbbüsü İran liderlərindən gəlir, lakin razılaşmanın əldə olunması artıq gec ola bilər, çünki bunu dörd həftə əvvəl etməli idilər.
“Onlar axmaq deyillər, əksinə, müəyyən baxımdan çox ağıllıdırlar” – ABŞ Prezidenti bildirib.