Donald Tramp - Corcia Meloninin cəsarəti çatışmır, məni şoka salıb, İranın nüvə silahına sahib olub-olmaması ona maraqlı deyil, əgər belə bir imkanı olsaydı, iki dəqiqəyə İtaliyanı partladardı
Donald Tramp - Corcia Meloninin cəsarəti çatışmır, məni şoka salıb, İranın nüvə silahına sahib olub-olmaması ona maraqlı deyil, əgər belə bir imkanı olsaydı, iki dəqiqəyə İtaliyanı partladardı

 

ABŞ Prezidenti Donald Tramp italyan həmkarı Corcia Meloninin “cəsarətinin çatışmadığını” bildirib.

İtalyan nəşri ilə söhbəti zamanı Tramp sual verib: “Baş nazir Meloninin Hörmüz boğazı məsələsində ABŞ-a heç bir yardım göstərməməsi faktı italyanların xoşuna gəlirmi?”

“İnsanlar bunu bəyənirmi? Təsəvvür edə bilmirəm. Məni şoka salıb. Zənn edirdim ki, cəsarəti var, lakin yanılmışam” – Tramp bildirib.

Donald Trampın sözlərinə əsasən, Meloni “Amerikanın onun üçün işi görməli olduğunu düşünür”.

Bundan əvvəl Corcia Meloni ABŞ Prezidentinin Roma Papası ilə əlaqədar şərhlərini “qəbuledilməz” adlandırmışdı.

“Qəbuledilməz olan odur ki, İranın nüvə silahına sahib olub-olmaması ona maraqlı deyil, əgər belə bir imkanı olsaydı, iki dəqiqəyə İtaliyanı partladardı” – Tramp qeyd edib.