Donald Tramp – Çox insan düşünürdü ki, Marin Le Pen heç bir şeydə ittiham olunmayacaqdı, ona seçkilərdə iştirak qadağan edilib, o, əsas namizəd idi
ABŞ Prezidenti Donald Tramp Fransa məhkəməsinin ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Penlə bağlı çıxardığı qərara münasibət bildirib.
Donald Tramp bildirib, “Bu, böyük bir işdir və o, bu haqda hər şeyi bilir”.
“Çox insan düşünürdü ki, o, heç bir şeydə ittiham olunmayacaqdı. Ona beş il ərzində seçkilərdə iştirak qadağan edilib və o, əsas namizəd idi. Bu, bu ölkəyə, ABŞ-a bənzəyir, bu ölkəyə çox bənzəyir” – Tramp
Oval kabinetdə jurnalistlərlə danışarkən qeyd edib.
Məlumat üçün bildirək ki, məhkəmə Fransanın ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Penə 4 il azadlıqdan məhrumetmə cəzası kəsib və 5 il müddətinə ictimai vəzifə tutmasını qadağan edib. Bu, o deməkdir ki, Le Pen 2027-ci ilin prezident seçkilərində iştirak edə bilməyəcək. Marin Le Penin vəkili məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.