Donald Tramp Co Baydenin Ağ Evə dəvətini qəbul edib

11:15, 07.11.2024

 
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Trampın seçki qərargahında Trampın hazırkı prezident Co Baydenin Ağ Evə dəvətini qəbul etdiyini bildirirlər. Bu haqda məlumatı “Associated Press” yayır.

Medianın məlumatına əsasən, onlar arasında görüşün nə vaxt keçiriləcəyi ilə bağlı dəqiq tarix bilinmir, lakin Trampın kampaniyasının mətbuat katibi Stiven Çunq bunun tezliklə baş tutacağını deyib. Həmçinin, o, Trampın Baydenin təbrikini çox təqdir etdiyini qeyd edib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Baydenin seçkilərdə qalib gələn Trampı Ağ Evə dəvət etdiyi məlum oldu. Ölkənin hazırkı lideri Trampı hakimiyyətin dinc yolla təhvil verilməsi ilə bağlı görüşmək üçün telefon danışığı zamanı dəvət edib.

Oxşar