Donald Tramp Co Baydenin administrasiyası dövründə verilən bütün əfv aktlarının qüvvədən düşdüyünü bildirir
ABŞ Prezidenti Donald Tramp Co Bayden administrasiyasının avtoqələm ilə imzalanmış bütün sənəd və icraedici əmrlərinin ləğv edildiyini bildirir.
ABŞ Prezidentinin sosial şəbəkədə yazdığı kimi, sabiq prezident Co Baydenin administrasiyası dövründə verilən bütün əfv aktları qüvvədən düşüb.
“Cozef Bayden Jr.-un administrasiyası çərçivəsində artıq məlum olan və icazəsiz şəkildə avtoqələm ilə imzalanmış istənilən sənəd, proklamasiya, icraedici əmr, memorandum və ya müqavilə etibarsız hesab edilir və qüvvədən düşür. “Əfv”, “cəzanın yüngülləşdirilməsi” və ya başqa istənilən növ hüquqi sənəd almış istənilən insan, xahiş edirəm nəzərə alın ki, qeyd olunan sənəd tam şəkildə ləğv edilib və hüquqi qüvvəsini itirib. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm” – Donald Tramp sosial şəbəkədə yazır.
Medianın yazdığı kimi, Co Bayden vəzifəsindən getməzdən qısa müddət əvvəl bir neçə əfv aktı çıxarıb, o cümlədən Co Bayden öz oğlu Hanter Baydeni də əfv edib.
Donald Tramp hesab edir ki, Baydenin psixi sağlamlıq problemləri var idi və mühüm prezident qərarları onun köməkçiləri tərəfindən qəbul edilirdi və avtomatlaşdırılmış faksimil (imza) ilə imzalayırdılar.