Donald Tramp – Co Bayden tərəfdarlarımızı zibil adlandırdı, mənim cavabım sadədir, amerikalıları sevməsən, Amerikaya rəhbərlik edə bilməzsən, Amerika xalqına nifrət edirsənsə, prezident ola bilməzsən
Mənim tərəfdarlarım fırıldaqçı Co Baydenin tərəfdarlarından qat-qat yüksək səviyyədədir – bu haqda Respublikaçıların prezidentliyə namizədi Donald Tramp onun tərəfdarlarını zibil adlandıran ABŞ Prezidenti Co Baydenə cavab olaraq deyib.
“Co Bayden nəhayət ki, Kamalanın və onun tərəfdarlarımız haqqında düşündüklərini dedi. Bayden onları zibil adlandırdı. Şübhəsiz mənim tərəfdarlarımın fırıldaqçı Co Baydenin tərəfdarlarından qat-qat yüksək səviyyədə olmasına baxmayaraq, onlar bunu səmimi şəkildə deyirlər. Co və Kamalaya cavabım çox sadədir: amerikalıları sevməsən, Amerikaya rəhbərlik edə bilməzsən. Amerika xalqına nifrət edirsənsə, sadəcə olaraq prezident ola bilməzsən və bunu bacara bilməzsən” – Tramp qeyd edib.
Eyni zamanda, Tramp rəqibi və Demokratların namizədi Kamala Harrisin Amerika Birləşmiş Ştatlarının prezidenti postuna uyğun olmadığını bir daha təkrarlayıb.