Donald Tramp Co Bayden administrasiyasının İsrailə 900 kiloqramlıq bomba tədarükünə qoyduğu qadağanı ləğv edib
ABŞ prezidenti Donald Tramp sələfi Co Bayden administrasiyasının İsrailə 900 kiloqramlıq bomba tədarükünə qoyduğu qadağanı ləğv edib. – Bu barədə Bloomberg yazır.
“İsraillilər bunu çoxdan gözləyirdilər, uzun müddətdir ki, anbarda saxlayırlar”. – Tramp deyib.
Jurnalistin niyə belə qərar verdiyini soruşduqda Tramp belə cavab verib: “Çünki onları israillilər alıb”.
Joe Biden may ayında İsrailin sıx məskunlaşan Rəfah şəhərində Həmas-a qarşı hərbi kampaniyası zamanı mülki əhalinin itkilərini məhdudlaşdırmaq üçün 900 kiloqramlıq bomba da daxil olmaqla təxminən 3500 bombanın İsrailə çatdırılmasını dayandırmışdı.