Donald Tramp – Çinlə danışırıq, lakin bütün Çində zavodlar bağlanır, çünki biz onların məhsulunu qəbul etmirik

21:42, 30.04.2025

 

Çinlə danışırıq, lakin bütün Çində zavodlar bağlanır, çünki biz onların məhsulunu qəbul etmirik – bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

ABŞ Prezidenti deyib ki, Pekin Vaşinqtona qarşı ədalətli olana qədər ABŞ Çinin məhsulunu istəmir.

“Bu əqli mülkiyyəti və digər məsələləri əhatə edir. Sadəcə alqı-satqını aşan bir çox şey var. Odur ki, görək nə baş verəcək. Mən istəyirəm ki, Çin yaxşı işləsin. Mən istəyirəm ki, bütün ölkələr yaxşı işləsin, ancaq onlar bizə qarşı ədalətli davranmalıdırlar. Hazırda Çin ABŞ ilə ticarət müharibəsində çox pis vəziyyətdədir. İndilərdə bir neçə məruzəni gördüm və istəmirəm ki, bu, Çinin başına gəlsin – prezidenti çox bəyənirəm. Prezident Si, istəmirəm ki, bu baş versin. Əslində, bunu eşidəndə məyus oldum. Lakin, Çində tamamilə zərər gördülər. Onlar indiyə qədər heç kimin görmədiyi yükləri daşıyan gəmiləri göndərirlər, dünyanın ən böyük gəmilərini. Onlar gəlirlər və sonra Sakit okeanda geri qayıdırlar, çünki onların mallarını istəmirlər – 145 faiz tarif səbəbilə. Lakin, müəyyən bir məqamda, ümid edirəm ki, Çinlə razılaşma əldə edəcəyik” – Donald Tramp bildirib.

Oxşar