Donald Tramp – Çinin və Rusiyanın İrana kömək etdiyinə inanmıram, bu haqda mütləq xəbərimiz olardı, onların itirəcəyi çox şey var
ABŞ Prezidenti Donald Tramp Çinin və Rusiyanın İrana kömək etdiyinə inanmadığını açıqlayıb.
Tramp sosial şəbəkədə tənqidçilərin və rəqiblərinin Çin və Rusiyanın İrana kömək etməsi barədə bəyanatları ilə tanış olduğunu yazıb.
“Əgər belədirsə, bu, çox aşağı səviyyədə baş verir, lakin belə bir şeyin ümumiyyətlə olduğuna inanmıram. Onların itirəcəyi çox şey var. Bu haqda mütləq xəbərimiz olardı, həm də çox tez” – Tramp yazıb.