Donald Tramp - Çinə səfəri səbirsizliklə gözləyirəm, hər iki ölkə üçün böyük şeylər baş verəcək
Donald Tramp - Çinə səfəri səbirsizliklə gözləyirəm, hər iki ölkə üçün böyük şeylər baş verəcək

 

ABŞ Prezidenti Çinə səfəri səbirsizliklə gözləyir. Donald Tramp bu haqda sosial şəbəkədə yazıb.

“Hamının hörmət etdiyi prezident Si Dzinpinin lideri olduğu möhtəşəm ölkəyə, Çinə səfərimi səbirsizliklə gözləyirəm. Hər iki ölkə üçün böyük şeylər baş verəcək” – Tramp yazır.

Xatırladaq ki, ABŞ Prezidentinin Çinə rəsmi səfəri mayın 13-15-də baş tutacaq.

Trampın Çinə səfəri əvvəlcə martın sonuna planlaşdırılırdı, lakin İrana qarşı hərbi əməliyyata görə səfər təxirə salındı.