Donald Tramp Çinə səfərə yollandı
Donald Tramp Çinə səfərə yollandı

ABŞ Prezidenti Donald Trump Çinə iki günlük dövlət səfərinə yollanıb.

Səfər çərçivəsində ABŞ prezidenti Çin Prezidenti Xi Jinping ilə görüşəcək.

Trampla birlikdə Çinə ABŞ dövlət katibi Marco Rubio və ABŞ-ın maliyyə naziri Scott Bessent, həmçinin Amerika texnologiya şirkəti NVIDIA
-nın baş direktoru Jensen Huang və milyarder, “X” platformasının sahibi Elon Musk də yola düşüblər.

Tramp Air Force One təyyarəsinin göyərtəsində olarkən sosial şəbəkədə yazıb ki, onun Çin Prezidenti Si Cinpinə ilk müraciəti Çin bazarının Amerika biznesi üçün “açılması” olacaq.

“Görkəmli lider Prezident Si Cinpindən xahiş edəcəyəm ki, Çini ‘açsın’. Beləliklə, bu parlaq insanlar öz imkanlarından tam istifadə edə və Çin Xalq Respublikasının daha yüksək səviyyədə inkişafına töhfə verə bilərlər. Heç vaxt ölkələrimiz üçün bundan daha faydalı ideya görməmişəm və eşitməmişəm”, – deyə Tramp bildirib.