Donald Tramp Çində Vladimer Putin və Si Dzinpinlə görüşməyə hazır olduğunu bəyan edir
ABŞ Prezidenti Donald Tramp Çində Rusiya Prezidenti Vladimer Putin və Çin lideri Si Dzinpinlə görüşməyə hazır olduğunu bəyan edir.
“Mən bunu edərdim. Ukrayna məsələsinə görə o qədər də yox, çünki doğrusunu desəm, Rusiya Ukrayna məsələsində o qədər də fəal deyil, onlar çox bir şey etmirlər. Eyni şey Çinə də aiddir. Biz nüvə silahı və nüvə tərksilahı barədə danışmalıyıq. Hər dəfə tərksilah üzrə görüş keçirmək imkanım olduqda, bunu təqdir edirəm” – Tramp bildirib.
O, ən çox nüvə silahına ABŞ-nin malik olduğunu deyib.
“İkinci yerdə Rusiya, üçüncü yerdə isə Çindir, lakin o sürətlə bizə yaxınlaşır. Çin əvvəllər əhəmiyyətli dərəcədə geridə qalırdı, indi isə bizə çatır. Buna, ehtimal ki, təxminən beş il lazım olacaq. Nüvə tərksilahı məsələsi üzrə görüş planlaşdırardıq və bu, dünya üçün çox müsbət addım olardı. Beləliklə, mən bunu edərdim.
Bu təşəbbüs haqqında yenicə eşitdim. Əgər onlar görüşmək istəyirlərsə, fikrimcə, bu görüş Çində baş tutacaq. Si Dzinpin bu yaxınlarda burada idi. Əgər onun belə bir istəyi olarsa, görüş keçirərəm. Əminəm ki, başqa məsələlər, o cümlədən ticarət haqqında danışacağıq, lakin bəli, mən bunu edərdim” – Tramp açıqlayıb.
ABŞ Prezidentinin bəyanatına əsasən, Çin Prezidenti Si Dzinpin Ukrayna ilə bağlı məsələdə Rusiya kimi ədalətli davranırdı.
“Si Dzinpin Ukrayna ilə bağlı çox ədalətli davranırdı. O, həddindən artıq müdaxilə etmirdi. Eyni sözləri Rusiya haqqında da demək olar. Onlar öz imkanlarının kiçik bir hissəsini belə istifadə etməyiblər. Onlar bilirlər ki, mən bunu qiymətləndirirəm” – Tramp açıqlayıb.