ABŞ prezidenti bugün ilk dəfə Konqresin qarşısına illik hesabatla çıxacaq.
Amerikan medyasının yaydığı məlumata görə, öz çıxışında prezident əsas diqqəti ABŞ-ın iqtisadiyyatında nail olunan tərəqqiyə yetirəcək.
ABŞ-ın 45-ci prezidenti həmçinin, imiqrasiya siyasəti haqqında da danışacaq.
Trampın administrasiyasında bəyan edirlər ki, konqresdə çıxış edərkən, ABŞ lideri demokratları əməkdaşlığa çağıracaq.
Trampın nitqlə çıxış etməsini Amerikanın bütün kanalları birbaşa yayımla göstərəcəklər.
Ənənəvi olaraq, zalda ABŞ Ali məhkəməsinin hakimləri, hərbi yüksək rütbəlilər və kabinet üzvləri oturacaqlar.
ABŞ prezidentinin nitqlə çıxış ənənəsi artıq 230 ildir ki var.
1988-ci ildə prezidentin kongresdə çıxışı kosmos gəmisi “Çelencerin” qəzaya düşməsi üzündən baş tutmadı və bu ABŞ prezidentinin çıxışının təxirə salınmasının ilk və son halı idi.