Donald Tramp – Bu gün Ukrayna ilə nəzəri olaraq 350 milyard dollardan qat-qat artıq qazanacağımız müqavilə bağladıq
Bu gün Ukrayna ilə nəzəri olaraq 350 milyard dollardan qat-qat artıq qazanacağımız müqavilə bağladıq – bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp bildirib ki, ABŞ Ukrayna ilə faydalı qazıntılar haqqında razılaşmanı imzalayıb, çünki qorunmaq istəyib.
Jurnalistin bu razılaşmanın Rusiya Prezidenti Vladimer Putini hansısa şəkildə “məhdudlaşdıra” biləcəyi sualına, Tramp “bu, ola bilər” cavabını verib.
“Bu gün Ukrayna ilə nəzəri olaraq 350 milyard dollardan qat-qat artıq qazanacağımız müqavilə bağladıq. Mən qorunmaq istəyirdim” – Tramp bildirib.
Razılaşma ABŞ-a Ukraynanın faydalı qazıntılarından istifadə etmək hüququ verir, əvəzində isə Ukraynada investisiya fondunun yaradılmasını nəzərdə tutur.
Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə Papa Fransiskin dəfn mərasimində keçirilən görüş zamanı bildirib ki, əgər o, bu razılaşmanı imzalayarsa, “bu, çox yaxşı iş olacaq”, çünki “Rusiya daha böyük və daha güclüdür.