Donald Tramp bu gün Şotlandiyada Britaniyanın Baş naziri Kir Starmerlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp bu gün Şotlandiyada Britaniyanın Baş naziri Kir Starmerlə görüşəcək.
Medianın yazdığı kimi, danışıqların mövzularından biri iki ölkə arasında ticarət razılaşması olacaq.
Donald Tramp Avropa İttifaqı ilə ticarət razılaşması imzaladıqdan sonra Kir Starmerin də bundan razı qalacağını qeyd edib.
“Böyük Britaniyanın Baş nazirinin bu razılaşmada iştirak etməməsinə baxmayaraq, çox xoşbəxt olacaq, çünki müəyyən birlik formalaşıb. O, əldə etdiyimiz şeylərə görə çox sevinəcək” – Donald Tramp qeyd edib.
Bununla yanaşı, liderlər İsrail və “HƏMAS” arasında atəşkəs planlarını və Qəzzada mövcud humanitar böhranı müzakirə edəcəklər.