Donald Tramp – bu gün hər şey uğurla keçsə, üçtərəfli görüşümüz olacaq, düşünürəm ki, müharibənin başa çatması üçün ağlabatan şansımız olacaq, bunu edəndə
ABŞ prezidenti Donald Tramp Oval kabinetdə Ukrayna prezidenti Volodimir Zelenski ilə söhbətində bildirdi ki, tərəflər arasında razılaşma əldə olunması mümkündür. Onun sözlərinə görə, Vladimir Putinlə aparılan danışıqlarda “çox mühüm irəliləyiş” əldə olunub.
“Ukraynanın prezidenti bizimlədir. Çox yaxşı müzakirəmiz oldu, çox danışdıq. Düşünürəm ki, irəliləyiş var. Çoxşaxəli, çox mühüm irəliləyiş. Bir müddət əvvəl, bildiyiniz kimi, Rusiya prezidenti ilə görüşüm oldu və buradan nəsə çıxmaq imkanı var. Bu günkü görüş əhəmiyyətlidir, bu gün Avropadan yeddi güclü liderimiz var və onlarla bu görüşdən sonra görüşəcəyik. Burada olduğunuz üçün təşəkkür edirəm”, – dedi Tramp.
Tərəflər arasında razılaşmanın əldə olunması barədə suala cavabında Tramp qeyd etdi ki, “bu yolun sonu deyil”.
“İnsanlar ölür. Biz bunu dayandırmaq istəyirik. Düşünürəm ki, bunun üçün yaxşı şansımız var. Artıq demək olar dörd ildir ki, davam edir. Keçən həftə də çoxlu insan öldü. Hər iki tərəfdən milyonlarla insan həlak olub. Prezident Zelenskini tanıyıram, özümü tanıyıram və hesab edirəm ki, Vladimir Putin də sonlandırmaq istəyir”, – dedi Tramp.
Jurnalistin “bugünkü görüş Ukrayna üçün Amerikanın dəstəyinin sonu deməkdirmi?” sualına Tramp cavab verdi ki, bunu heç vaxt deyə bilməz.
“Heç vaxt yolun sonu deyil. İnsanlar ölür və biz bunu dayandırmaq istəyirik”, – vurğuladı Tramp.
Jurnalist ABŞ prezidentinə həmçinin soruşdu ki, müharibənin başa çatması kimdən gözlənilir – Putindən, yoxsa Zelenskidən?
“Əgər bu gün hər şey uğurla keçsə, üçtərəfli görüşümüz olacaq… Düşünürəm ki, bunu edəndə müharibənin başa çatması üçün ağlabatan şansımız olacaq”, – dedi Tramp.
Ukrayna prezidenti isə jurnalistlərlə söhbət başlamazdan əvvəl Trampa Ukraynanın birinci xanımının məktubunu təqdim etdi. Məktub ABŞ-ın birinci xanımı Melaniya Trampa ünvanlanmışdı.
“Məktubu mənim həyat yoldaşım, Ukraynanın birinci xanımı verdi. Bu sizin üçün deyil, həyat yoldaşınız üçündür”, – dedi Zelenski.