Donald Tramp bu gün Ağ Evdə İlham Əliyev və Nikol Paşinyana ev sahibliyi edəcək
Donald Tramp bu gün Ağ Evdə İlham Əliyev və Nikol Paşinyana ev sahibliyi edəcək

 

ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana ev sahibliyi edəcək. Donald Tramp bu barədə məlumatı özü sosial şəbəkədə yayır.

“Bu iki millət illər ərzində müharibə aparırdı, bu da minlərlə insanın həyatına son qoydu. Bir çox lider bu müharibəni bitirməyə çalışdı, lakin uğur qazana bilmədi” – Tramp sosial şəbəkədə yazır.

Donald Trampın bəyanatına əsasən, onun administrasiyası hər iki tərəflə kifayət qədər uzun müddətdir əməkdaşlıq edir.

“Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunun potensialından tam şəkildə istifadə etməyimiz üçün iqtisadi imkanlardan birgə istifadə etmək üçün həmçinin hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq” – Tramp qeyd edib.