Donald Tramp BRİKS ölkələrinə xəbərdarlıq edib ki, ABŞ dollarını ehtiyat valyutası kimi əvəz etməyə cəhd etsələr, 100% tariflərlə üzləşəcəklər
ABŞ prezidenti Donald Tramp BRİKS ölkələrinə xəbərdarlıq edib ki, ABŞ dollarını ehtiyat valyutası kimi əvəz etməyə cəhd etsələr, 100% tariflərlə üzləşəcəklər.
Biz onlardan tələb edirik ki, nə yeni BRİKS valyutası yaratmasınlar, nə də ABŞ dollarını başqa valyuta ilə əvəz etsinlər, əks halda onlara 100% tarif tətbiq olunacaq”. BRİKS-in beynəlxalq ticarətdə və ya başqa yerdə ABŞ dollarını əvəz etməsi ehtimalı yoxdur və buna cəhd edən istənilən ölkə Amerika ilə vidalaşıb, tariflərə salam deməlidir! – Tramp sosial şəbəkədə yazır.
BRİKS-in üzvləri Braziliya, Rusiya, Hindistan və Çindir. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub.