Donald Tramp – “BRICS”in anti-amerikan siyasətini izləyən istənilən ölkəyə əlavə 10 faizlik rüsum tətbiq olunacaq, bu siyasətdə istisnalar olmayacaq

12:27, 07.07.2025

 

ABŞ Prezidenti Donald Tramp “BRİCS”i dəstəkləyən ölkələri əlavə on faizlik rüsumlar tətbiq etməklə hədələyir.

“BRICS”in anti-amerikan siyasətini izləyən istənilən ölkəyə əlavə 10 faizlik rüsum tətbiq olunacaq. Bu siyasətdə istisnalar olmayacaq” – ABŞ Prezidenti bildirib.

Ölkələrin ABŞ ilə tarif razılaşması əldə etməsi üçün son tarix iyulun 9-na təyin edilmişdi, lakin ABŞ-nin rəsmi şəxsləri indi bunun avqustun 1-dən qüvvəyə minəcəyini bildirirlər.

Trampın “BRİCS” ölkələri ilə işləyən ölkələrə yönəlik təhdidi təşkilatın üzvlərinin ABŞ-nin rüsum siyasətini tənqid etməsindən, eləcə də Beynəlxalq Valyuta Fondunda islahat təşəbbüsü təqdim etməsindən sonra yaranıb.

Oxşar